Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Şiddət gördüyün yerdə qalma''

''Şiddət gördüyün yerdə qalma''

Tarix: 24 Avqust 2024 14:35

"Qız və ya oğlan övladı fərq etmir, insan yetişdirmək, tərbiyə etmək, həyata hazırlamaq, cəmiyyətə layiqli bir fərd vermək qədər çətin bir iş yoxdur. Uşaq evin güzgüsüdür. Sən evdə necəsən, o da çöldə səni təqlid edəcək. Yedizdirdim, geyindirdim, oxutdum deyə, öhdəliyim bitdi kimi bir şey yoxdur. Öncə insanlıq və sevgi öyrət".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı Vüsalə Əlizadə sosial şəbəkə hesabında yazıb. Vüsalə qadına şiddətdən bəhs edib:

"O ki qaldı məcbur kişi zülmünə dözməyə: Bu, mənim ən həssas yerimdir. Əsla əzildiyin, alçaldığın, şiddət gördüyün yerdə heç kimə görə qalma. Onsuz yaşadıqlarının ən böyük travması övladında olacaq. Elə ona görə də sənə əl qalxanda qapı arxadan bağlanmalıdır".


Etiketlər:  Şiddət gördüyün yerdə qalma


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ