Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Noyabr 2019 15:06
Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda turizm sənaye subyektləri üçün yeni subsidiya mexanizmlərinin tətbiqi ilə bağlı müvafiq dövlət qurumları ilə yaxından iş aparılır.
Trend-in məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov Azərbaycan Turizm Sammitində çıxış zamanı deyib.
Onun sözlərinə görə, gələn ilin ilk yarısında yeni subsidiya mexanizmlərinin tətbiqi ilə bağlı işlər görüləcək: "Fərqli sahələr üzrə - hava nəqliyyatı, turizmin dəstəklənməsi və digər müxtəlif istiqamətlərdə subsidiya mexanizmlərinin tətbiqini planlaşdırırıq. Bununla turizm sənayesini stimullaşdırmağa çalışırıq".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin