Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionat bir futbolçuya görə dayandırıldı

Çempionat bir futbolçuya görə dayandırıldı

Tarix: 25 Avqust 2024 07:34

Uruqvay milli çempionatı Libertadores Kubokunda baş verən insident səbəbindən dayandırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Braziliyanın "San Paulo" klubu ilə oyunda müdafiəçi Xuan İzkyerdo huşunu itirdiyi üçün reanimasiyaya yerləşdirilib.

"Xuan İzkyerdonun səhhətinin ağır olmasını nəzərə alaraq, bu həftəsonu üçün planlaşdırılan peşəkar futbol fəaliyyətlərini dayandırmaq qərarını açıqlayırıq. Bizim prioritetimiz Xuanın rifahını təmin etməkdir və biz hadisələri yaxından izləyəcəyik. Tam dəstək və həmrəyliyimizi bildiririk. Futbolçunun ailəsi və onlara lazım olan hər cür yardımı göstərməyə hazırıq", - ölkənin futbol federasiyası sosial şəbəkədə bildirib.

Meydanda huşunu itirən futbolçuya ürək ritminin pozulması diaqnozu qoyulub.

Milli.Az


Etiketlər:  Çempionat futbolçuya görə dayandırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ