Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Avqust 2024 14:12
Rusiya Fransa hakimiyyətindən teleqram sosial şəbəkəsinin yaradıcısı Pavel Durovun hüquqlarının müdafiəsini təmin etməyi və konsulluq xidmətini təqdim etməyi tələb edib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda Rusiyanın Fransadakı səfirliyi məlumat yayıb.
"Lakin indiyə qədər Fransa tərəfi qarşılıqlı münasibətdən yayınıb, məsələ ilə bağlı əlaqə saxlamır", - məlumatda qeyd olunub.
Qeyd edək ki, Pavel Durov Parisin Le Burje hava limanında saxlanılıb.
Onun saxlanmasına dair order Fransa məhkəmə polisi tərəfindən ilkin istintaqa əsasən verilib. Fransa hakimiyyəti teleqramda moderasiyanın olmaması səbəbindən Durovu narkotik alverində, uşaqlara qarşı cinayətlərdə və dələduzluqda günahlandırır. İddialara görə, iş adamını 20 ilə qədər həbs gözləyir.