Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Avqust 2024 11:54
Çili millisinin sabiq qapıçısı Klaudio Bravo karyerasını başa vurub.
Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, cənubi amerikalı qolkiper 41 yaşında bu addımı atıb.
O, karyerası ərzində "Kolo-Kolo", "Real Sosyedad", "Barselona", "Mançester Siti" və "Betis"də forma geyinib. Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olmuş Bravo Amerika kubokunun ikiqat çempionudur.
Qeyd edək ki, Klaudio millidə 150 oyun keçirib.