Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AŞPA-nın seçkilərdə müşahidəçi kimi iştirak etməməsinin pərdəarxası

AŞPA-nın seçkilərdə müşahidəçi kimi iştirak etməməsinin pərdəarxası

Tarix: 27 Avqust 2024 17:36

Bu həftəsonu Azərbaycanda parlament seçkiləri keçiriləcək. Şənbə günü sükut günü olacaq. Bazar günü bütün diqqətlət seçki qutusundan çıxan nəticələrə yönələcək. Seçkilər hər zamankı kimi nümunəvi şəkildə, müşahidəçilərin nəzarəti altında keçiriləcək. Bir sıra qurumlardan təyin olunmuş müşahidəçilər seçki prosesini izləyəcəklər. Bu təşkilatlar sırasında AŞPA olmayacaq.

Azərbaycanda həyata keçirilən uğurlu islahatlar, inkişafa yönəlmiş dəyişikliklər, tarixi qələbəmiz, ölkəmizin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi bir sıra dövlətləri, təşkilatları qəti şəkildə narahat edir. Görünür, yuxarıda sadalanan uğurlar Avropa Şurası Parlament Assambleyasını (AŞPA ) da narahat edir. AŞPA-nın seçkilərdə müşahidəçi kimi iştirak etməməsi bunu deməyə əsas verir.

Aydın məsələdir ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra Azərbaycana təzyiqlər artıb. Prezident İlham Əliyevin əldə etdiyi tarixi qələbənin həzm edə bilməyən Qərb, xüsusilə də Brüssel Azərbaycana qarşı oyun qurub. Onlar Cənubi Qafqazda ikinci erməni dövlətinin yaradılmasında maraqlı idilər. Prezident İlham Əliyev bu oyunu pozduğu üçün Azərbaycana qarşı qərəz səngimir. Onlar bu yolda Şvabe kimi təlxək və anarxisti irəli veriblər. Hansı ki, Frank Şvabe dəfələrlə korrupsiya qalmaqallarında iştirak edib. Almaniyalı deputat üçün öz ölkəsinin maraqlarından çox anti-Azərbaycan siyasəti yürütmək daha mühümdür. Çünki, onun qarşısına qoyulan əsas tələb də budur.

İslamofob və türkəfob təfəkkürlü nümayəndələrin yığışdığı Avropa Şurasının nümayəndəsi Frank Şvabenin növbəti dəfə də onun Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi təsadüfi deyil.

Avropa Şurasının islamofob və türkəfob təfəkkürlü nümayəndələrinin düşərgəsinə çevrildiyi göz qabağındadır. Frank Şvabe də onlardan biridir. Növbəti dəfə də onun Azərbaycana qarşı qərəzli mövqedən çıxış etməsi təsadüfi deyil. Almaniya Parlamentinin üzvü Frank Şvabenin Azərbaycan haqqında söylədiyi fikirlər bu şəxsin siyasətçi kimi elementar normaları gözləyə bilmədiyini nümayiş etdirir. Nüfuzlu təşkilat olan AŞPA-da belə bir siyasətçinin nə işi var? Frank Şvabeyə AŞPA-nın bütün üzvləri adından danışmaq hüququnu kim verib?!

Qeyd edim ki, AŞPA ilə yanaşı, Avropa Parlamenti də Avropadakı təşkilatlar və siyasi institutlar sırasında ən qatı anti-Azərbaycan mövqeyi tutması ilə fərqlənir. Dövlət başçısının da dediyi kimi Avropa Parlamenti Ermənistan ilə müqayisədə Azərbaycana qarşı daha çox aqressiv mövqedədir. Yəqin ki, bu da erməni lobbi qruplarının onların üzərində müəyyən təsirindən irəli gəlir.

Azərbaycana edilən təzyiqlər hər hansı nəticə vermir. Bunu son dövlərdə baş verən proselər də təsdiqləyir.  Azərbaycan regionda müstəqil siyasət yürütməyə qadir, beynəlxalq öhdəliklərini anlayan və bu öhdəliklərdən heç vaxt imtina etməyən dövlətdir.Lakin, Qərb hələ də anlamır ki, Azərbaycanın legitim maraqları nəzərə alınmadan Cənubi Qafqazda heç nəyə nail olmaq mümkün deyil.

İslam


Etiketlər:  AŞPA nın seçkilərdə müşahidəçi kimi iştirak etməməsinin pərdəarxası


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ