Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

AFFA-dan klublara cəza

AFFA-dan klublara cəza

Tarix: 28 Avqust 2024 14:14

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, yığıncaqda Azərbaycan Prfemyer Liqasının IV turunda baş verənlərlə bağlı qərarlar verilib.

"Səbail" - "Kəpəz" oyunu bitdikdən sonra qonaqların analitiki İlkin Verdiyev KİV nümayəndəsinin çəkiliş aparmasına mane olduğuna, ona fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb. Gəncə klubu 4000 manat cərimələnib.. Sınaq müddəti 3 ay təyin edilib.

"Araz-Naxçıvan" - "Neftçi" oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə aldığına görə bölgə klubu 700 manat cərimə edilib.

Bu matçın 90+5-ci dəqiqəsində "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3-ü şərti olmaqla 5 oyun cəzalanıb. Klub 4000 manat cərimələnib. Sınaq müddəti 3 ay təyin edilib.

Naxçıvan təmsilçisinin inzibatçısı Hüseynxəlil Orucoğlu rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra qonaqların futbolçusuna fiziki təzyiq göstərməyə cəhd etdiyinə görə 2-si şərti olmaqla 5 oyun cəzalanıb. "Araz-Naxçıvan" 4000 manat cərimələnib.

6 futbolçusu sarı vərəqə aldığına görə "Neftçi" 700 manat ziyana düşüb.

Bakı klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə paytaxt təmsilçisinə xəbərdarlıq edilib.

"Sabah" - "Sumqayıt" görüşü bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Bakı klubu 800 manat cərimə edilib.

Qonaqların məşqçisi Samir Abasova intizam qaydalarını pozduğuna görə xəbərdarlıq edilib.

Bu görüşdə azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə "Sumqayıt"a xəbərdarlıq olunub.

"Zirə" - "Şamaxı" oyunu bitdikdən sonra meydan sahibləri AFFA nümayəndəsinin tələblərinə əməl etmədiyinə görə paytaxt təmsilçisi 2000 manat cəriməyə məruz qalıb.

Milli.Az


Etiketlər:  AFFA klublara cəza


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ