Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Avqust 2024 17:24
Rusiyanın Avropaya qaz nəqli üçün alternativ yolları var.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
"Türkiyədə qaz qovşağının yaradılması planı aktualdır və bununla bağlı iş gedir. Təbii ki, Ukrayna tərəfinin bu cür qərarları ilk növbədə ABŞ-dan gələn digər mallarla müqayisədə hələ də daha zəmanətli və sərfəli rus qazını almaq istəyən avropalı istehlakçıların maraqlarına ciddi ziyan vuracaq. Onlar daha çox pul ödəməli olacaqlar və bununla da sənayelərini daha az rəqabətədavamlı edəcəklər", - Peskov bildirib.
Qeyd edək ki, dünən Ukrayna Prezidenti Vladimir Zelenski Ukrayna ərazisindən qaz tranzitinin davam etdirilməsi üçün Rusiya ilə razılaşmanın olmayacağını demişdi.