Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Filmimiz Cənubi Koreyada mükafat qazandı

Filmimiz Cənubi Koreyada mükafat qazandı

Tarix: 29 Avqust 2024 00:03

"Kinomexanikin qayıdışı" filmi Cənubi Koreyanın "EBS International documentary" sənədli film festivalının Qran-Prisini qazanıb.

Milli.Az xəbər verir ki, bu barədə APA-ya filmin rejissoru Orxan Ağazadə məlumat verib.

Qeyd edək ki, 2024-cü ilin istehsalı olan film Azərbaycan və talış dillərində çəkilib. Filmin xronometrajı 87 dəqiqədir. Hibrid janrda ekranlaşdırılan filmin rejissoru və ssenari müəllifi Orxan Ağazadə, operatoru Daniel Quliyev, montajçısı Nicole Schmeier, səs rejissoru Morteza Najaflo, prodüserləri Lino Rettinger və François-Pierre Claveldir.

Film Almaniya (Lichtblick Film) və Fransanın (Kidam) ortaq istehsalıdır.

Milli.Az


Etiketlər:  Filmimiz Cənubi Koreyada mükafat qazandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ