Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Avqust 2024 07:54
Ukrayna hakimiyyəti Kursk bölgəsinə hücuma keçərək, münaqişənin gərginləşməsi kursunu seçib və münaqişənin sülh yolu ilə həlli ilə bağlı bütün məsələləri aradan qaldırıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
"Bu dəfə Kiyev rejimi sülhdən danışdığı hər kəsi aldadaraq, açıq şəkildə Kursk bölgəsinə hücum edərək, eskalasiyanı seçdi. Ümid edirəm ki, artıq heç kimin bununla bağlı heç bir illüziyası yoxdur", - o bildirib.