Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də ''Qiyamət günü'' bunkerlərinə tələbat artıb

ABŞ-də ''Qiyamət günü'' bunkerlərinə tələbat artıb

Tarix: 30 Avqust 2024 07:20

ABŞ-də terror hücumlarından və nüvə fəlakətindən qorunmaq üçün şəxsi "Qiyamət" bunkerlərinin tikintisinə tələbat artıb.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Fox News" telekanalı bazar nümayəndələrinə istinadən məlumat yayıb.

"Texas ştatının Dallas şəhərində yerləşən "Qiyamət günü" bunkerləri şirkəti müştərilərin sayında artım müşahidə edib. Bu, bir çox amerikalının sosial gərginlikdən narahat olduğunu göstərir" , - hesabatda bildirilir.

"Atlas Survival Shelters"in sahibi Ron Habbardın dediyinə görə, sifarişlər hər gün daxil olmağa başlayıb. Hər bir bunkerin tikintisi 20.000-1.000.000 dollar arasında dəyişir və müştərinin istəyi ilə bu məbləğ daha çox ola bilər.

Qeyd olunur ki, amerikalılara pandemiya, iğtişaşlar, terror aktları, həmçinin bioloji və ya nüvə fəlakəti zamanı sığınacaq üçün müxtəlif növ bunkerlər təklif olunur.

Bundan əlavə, Habbardın fikrincə, ABŞ vətəndaşlarının demək olar ki, yarısı növbəti vətəndaş müharibəsi təhlükəsindən ciddi narahatdır.


Etiketlər:  ABŞ Qiyamət günü bunkerlərinə tələbat artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ