Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni epidemiya: 57 nəfər xəstəxanalıq oldu, 9 nəfər öldü

Yeni epidemiya: 57 nəfər xəstəxanalıq oldu, 9 nəfər öldü

Tarix: 30 Avqust 2024 09:58

ABŞ-də doqquz nəfərin ölümü ilə nəticələnən böyük bir listerioz epidemiyası qeydə alınıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə məlumat ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) rəsmi saytında yerləşdirilib.

Son məlumatlara görə, 57 nəfər xəstəxanaya yerləşdirilib, doqquz nəfər isə ölüb.

Qeyd olunur ki, bu, 2011-ci ildən bəri ən böyük listerioz epidemiyasıdır. Həmin vaxt epidemiya yemişlə əlaqələndirilirdi.

CDC amerikalıları geri çağırılan ət məhsullarını yeməməyə çağırıb. Hamilə qadınlar, 65 yaşdan yuxarı insanlar və immun sistemi zəif olan şəxslərin mağazalarda kəsilmiş əti bişirilməmiş halda yeməkdən çəkinmələri tövsiyə olunur.


Etiketlər:  Yeni epidemiya nəfər xəstəxanalıq oldu nəfər öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ