Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazilə atasının səhhətindən danışdı - VİDEO

Nazilə atasının səhhətindən danışdı - VİDEO

Tarix: 30 Avqust 2024 18:40

Şair və qiraətçi Nazilə Səfərli atası Bəhlül bəyin səhhətində danışıb.

Milli.Az olay-a istinadən bildirir ki, bu haqda sənətçi sosial şəbəkə hesabında yayımladığı videaçıqlamada məlumat verib.

Səfərli bildirib ki, bir müddət əvvəl Milli Onkologiya Mərkəzində müalicə alan valideynin sağlamlığında müsbət irəliləyişlər var:

"Dostlar Tbilisidəyəm. Atamı doğulduğu torpağa - Gürcüstana gətirmişəm. Burada onu Maqnit Rezonans Tomoqrafiyadan (MRT) keçirtdim. Atam 3 aydır ki, burada dağlarda yaşayır. MRT-nin çox yaxşı cavabları çıxdı. Onun törəməsi yoxdur. MRT-nin cavablarını Milli Onkologiya Mərkəzində çalışan həkimə göndərdim. O da söylədi ki, cavablar çox yaxşıdır və 3 aydan sonra təkrar yoxlamadan keçməlidir. Mən atamı və anamı, doğmalarımı qorumalıyam. Ailəmlə birgə olmaqdan həzz alıram".

Qeyd edək ki,  bir neçə ay əvvəl N.Səfərlinin atasının başında şiş aşkarlandığı üçün 3 ay müalicə olunmuşdu.

Milli.Az


Etiketlər:  Nazilə atasının səhhətindən danışdı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ