Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gəlin bəyi xəyanətdə yaxaladı: onsuz toy etdi - FOTOlar

Gəlin bəyi xəyanətdə yaxaladı: onsuz toy etdi - FOTOlar

Tarix: 30 Avqust 2024 22:14

İngiltərədən olan gəlin Lindsi Sleyter bəyin xəyanətindən toya bir həftədən az qalmış xəbər tutub və şənliyi onsuz keçirib. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı Sleyter sevgilisini xəyanət edərkən yaxalayan kimi ondan ayrılıb. Cütlük 12 il münasibətdə olub, buna görə də ayrıldıqdan sonra, qadının dediyinə görə, o, özünü pis hiss edib.

Buna baxmayaraq, Sleyter toydan imtina etməmək və yeni azadlığının şərəfinə toy etmək qərarına gəlib. "Mən evdə oturub ağlamaq əvəzinə günü dostlarım və ailəmlə keçirməyə qərar verdim", - o deyib.

Qadın toya 35 min funt-sterlinq xərcləyib və 70-ə yaxın qonaq dəvət edib. Dəvət olunanlar diskotekada üç yeməkdən ibarət şam yeməyindən həzz ala və rəqs edə biliblər. Sleyter gəlinlikdə fotosessiyasını ləğv etmədiyini deyib. Şənlikdən sonra o, bir dostu ilə bal ayının keçiriləcəyi Kritə uçub.

Milli.Az


Etiketlər:  Gəlin bəyi xəyanətdə yaxaladı onsuz toy etdi FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ