Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2024 07:24
Moskvanın Doroqomilovski Rayon Məhkəməsi Rusiya Nəqliyyat Universitetinin tədris və metodik işlər üzrə direktor müavini Marianna Filippovanı oktyabrın 22-dək həbs edib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Filippova rüşvət almaqda ittiham olunur. Rüşvətin həcmi isə açıqlanmayıb.
İnstitutun saytındakı məlumata görə, Marianna Filippova tarix elmləri namizədidir. 2013-cü ildən institutun tədris-metodiki işlər üzrə direktor müavini vəzifəsində çalışır.
Qeyd olunur ki, onu 12 ilə qədər həbs cəzası gözləyir.