Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Avqust 2024 08:52
Braziliya Ali Məhkəməsinin hakimi Alexander de Morais "X" sosial şəbəkəsinin fəaliyyətinin dərhal dayandırılması barədə göstəriş verib.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu qərar sosial şəbəkənin sahibi İlon Maskın Braziliyadakı qanuni nümayəndəsini təyin etməkdən imtina etməsindən sonra verilib.
Məhkəmənin fəaliyyətini dayandırmaq qərarına baxmayaraq, "texnoloji hiylələrlə" "X" sosial şəbəkəsindən istifadə etməyə davam edən şəxslər və şirkətlər üçün gündəlik 50,000 real (təxminən 9,000 dollar) cərimə kəsilməsinə qərar verilib.
Bu barədə ölkənin Federal Ali Məhkəməsinin rəsmi internet saytında yerləşdirilən qərara əsasən, Braziliya Milli Telekommunikasiya Agentliyinin (Anatel) prezidenti Karlos Manuel Bayqorri sosial şəbəkənin fəaliyyətinin dayandırılmasını təmin etmək üçün bütün tədbirləri görməlidir.
"X" platformasının sahibi İlon Mask isə hesab edir ki, Aleksander de Morais platformanın ölkədəki fəaliyyətini dayandırmaqla söz azadlığını məhv edir.
Amerikalı sahibkar bu barədə "X" səhifəsində yazıb: "Söz azadlığı demokratiyanın əsasıdır".
Xatırladaq ki, avqustun 17-də "X" senzura məsələsi ilə bağlı hakimiyyətlə münaqişə fonunda Braziliyadakı ofisini bağlamaq qərarını açıqlamışdı.