Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pezeşkiandan qonşu ölkələrlə bağlı mesaj

Pezeşkiandan qonşu ölkələrlə bağlı mesaj

Tarix: 1 Sentyabr 2024 06:50

İran Prezidenti Məsud Pezeşkian administrasiyasının xarici siyasət gündəmində qonşu və regional ölkələrin yerini xüsusi qeyd edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Pezeşkian Özbəkistanın Müstəqillik Günü ilə bağlı Prezident Şövkət Mirziyayevə təbrik məktubunda bildirib.

O, İran və Özbəkistan arasında əlaqələrin bundan sonra da qarşılıqlı hörmət əsasında inkişaf edəcəyinə əminliyini ifadə edib.

Pezeşkian qeyd edib ki, onun administrasiyasının xarici siyasətində əsas prioritet qonşu və regional dövlətlərlə, xüsusən də Özbəkistan Respublikası ilə əməkdaşlığın inkişaf etdirilməsidir.

Milli.Az


Etiketlər:  Pezeşkiandan qonşu ölkələrlə bağlı mesaj


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ