Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Nikol qayıtdı: Salam, qəzəbli Rusiya! - Zakaryan

Nikol qayıtdı: Salam, qəzəbli Rusiya! - Zakaryan

Tarix: 1 Sentyabr 2024 08:42

Nikol yenidən Rusiyanın qucağına qayıdıb.

Milli.Az globalinfo.az-a istinadən xəbər verir ki, bunu Ermənistan müdafiə nazirinin keçmiş müavini Artak Zakaryan deyib.

O, Baş nazir Nikol Paşinyanın mütəmadi olaraq dəyişən xarici siyasət xəttinə toxunub.

"Nikol yenidən Rusiyanın qucağına qayıdıb. Bir daha salam, qəzəbli Rusiya, əlvida, tərk edilmiş Qərb! Halbuki Nikol Qərbin dəstəyi ilə hakimiyyətdən həzz almağa davam edir. Ermənistanın həyati maraqları isə beynəlxalq auksiona çıxarılıb. Hərrac davam edir, komendant isə Nikol Paşinyandır. Təəssüf ki, bu, mif deyil, ölkəmizdə formalaşmış acı reallıqdır", - deyə Zakaryan vurğulayıb.

Milli.Az


Etiketlər:  Nikol qayıtdı Salam qəzəbli Rusiya Zakaryan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ