Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

100 milyonluq hücumçu ''Qalatasaray''da!

100 milyonluq hücumçu ''Qalatasaray''da!

Tarix: 3 Sentyabr 2024 15:58

"Qalatasaray" Viktor Osimhenlə razılığa gəlib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, nigeriyalı forvard mövsümün sonunda kimi icarəyə götürüləcək.

"Napoli"nin heyətindən uzaqlaşdırılan Viktor Avropada transfer pəncərəsi bağlanması üzündən klubsuz qalmaq təhlükəsi ilə üzləşib. Nəticədə Osimhen Türkiyədə oynamağa razılıq verib. Razılaşmaya əsasən "Qalatasaray" hücumçunun illik 11 milyon avroluq maaşını ödəyəcək.

Qeyd edək ki, PSJ-yə keçmək istəyən Osimhenin arzusu klubların anlaşmaması üzündən reallaşmayıb. Neapollular onu "Çelsi"yə satmağı təklif etsə də, nigeriyalı Londona getməkdən imtina edib.

Milli.Az


Etiketlər:  milyonluq hücumçu Qalatasarayda


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ