Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2024 17:18
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçirdiyi əməliyyat nəticəsində İsrailin xüsusi xidmət orqanı "Mossad"la əməkdaşlıq edən Kosovo vətəndaşı Liridon Rexhepi həbs edilib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, saxlanılan şəxs "Mossad"ın Türkiyədəki pul şəbəkəsini idarə edib.
Qeyd olunur ki, L.Rexhepinin bütün hərəkətləri, xüsusən də bank hesabları ilə həyata keçirdiyi şübhəli köçürmələr uzun müddət izlənilib.
Saxlanılan şəxs artıq ilk dindirmədə xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini etiraf edib.