Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyadan Azərbaycana təbrik

Rusiyadan Azərbaycana təbrik

Tarix: 3 Sentyabr 2024 20:48

Rusiya Azərbaycanı parlament seçkilərinin uğurlu təşkili münasibətilə təbrik edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"MDB və ŞƏT monitorinq missiyalarının qiymətləndirmələrinə görə, seçkilər şəffaf, etibarlı və demokratik keçirilib.

Rusiya tərəfi xalq iradəsinin ifadəsinin uğurlu təşkili münasibətilə azərbaycanlı dostlarımızı təbrik edir, bunun nəticələri Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasi kursa və sosial-iqtisadi islahatlara əhali arasında geniş rəğbətdən xəbər verir", - deyə məlumatda bildirilir.

Nazirlik Azərbaycan Respublikası Milli Məclisinin deputat korpusunun yeni tərkibi ilə Rusiya Federasiyası Federal Məclisi arasında iki ölkə arasındakı müttəfiqlik münasibətlərinə uyğun sıx və konstruktiv qarşılıqlı fəaliyyətin davam etdirilməsinə ümid bəslədiklərini qeyd edib.

Xatırladaq ki, sentyabrın 1-də Milli Məclisə (parlament) növbədənkənar seçkilər keçirilib.

Milli.Az


Etiketlər:  Rusiyadan Azərbaycana təbrik


RƏYLƏR