Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Sentyabr 2024 22:02
Rusiya Prezidenti Vladimir Putinin Monqolustanda hörmətlə qarşılanması Qərbə siqnal deyil. Ölkələrimiz ikitərəfli münasibətləri inkişaf etdirmək vəzifəsini yerinə yetirirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Heç kimin - nə Moskvanın və Ulan-Batorun Qərb ölkələrinə nəsə göstərmək vəzifəsi yoxdur. Biz ən yaxın qonşu ölkələrik və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək vəzifəsini icra edirik", - Peskov qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Monqolustanda rəsmi səfərdədir.