Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Sentyabr 2024 00:40
Konqo Demokratik Respublikasının paytaxtı Kinşasada Makala həbsxanasından qaçmağa cəhd edən 129 nəfər ölüb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər və təhlükəsizlik üzrə baş nazirinin müavini Jakmin Şabani bildirib.
Onun sözlərinə görə, iğtişaşlar fonunda həbsxanada yanğınlar başlayıb, nəticədə bir neçə inzibati obyekt və ərzaq anbarları dağıdılıb:
"24 nəfər xəbərdarlıqdan sonra aldığı güllə yaralarından, qalanları isə əzilmə və ya boğulma nəticəsində dünyasını dəyişib. Bundan əlavə, 59 nəfər yaralanıb. Bir neçə qadının zorlanması ilə bağlı faktlar da var".