Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Gəncə”nin baş məşqçisi müəyyənləşdi

“Gəncə”nin baş məşqçisi müəyyənləşdi

Tarix: 4 Sentyabr 2024 17:48

Azərbaycan Basketbol Liqasında çıxış edən "Gəncə"nin yeni baş məşqçisi müəyyənləşib.

Sonxeber.net İdman.Biz-ə istinadən bildirir ki, bu post Halil Atlıya həvalə olunub.

Türkiyəli mütəxəssis ilə 1 illik müqavilə bağlanıb. 37 yaşlı məşqçi Türkiyənin aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı, klublarda da fəaliyyət göstərib. O, baş məşqçi və köməkçi məşqçi funksiyalarını yerinə yetirib. Halil Atlı son olaraq "Mersin MSK" klubunda məşqçi kimi çalışıb. Onun komandası son mövsümdə çempion olaraq Super Liqaya vəsiqə qazanıb.

Qeyd edək ki, Halil Atlı bu postda həmyerlisi Bedri Meriçi əvəzləyib.


Etiketlər:  Gəncənin baş məşqçisi müəyyənləşdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ