Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ali Rada iki naziri istefaya göndərdi

Ali Rada iki naziri istefaya göndərdi

Tarix: 5 Sentyabr 2024 16:16

Ali Rada Ukraynanın xarici işlər naziri Dmitri Kulebanın istefasını təsdiqləyib.

Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna parlamentinin deputatı Yaroslav Jeleznyak özünün "Telegram" kanalında məlumat verib.

Onun sözlərinə görə, qərarın lehinə 240 deputat səs verib.

Qeyd edək ki, Kuleba iclasda iştirak etməyib və hesabat verməyib.

"Sədr dedi ki, nazirin iştirak etməmə səbəbi biz deyilik", - deyə Jeleznyak yazıb.

Jeleznyak, həmçinin İrina Vereşçukun Ukrayna baş nazirinin müavini - Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərinin reinteqrasiyası məsələləri üzrə nazir vəzifəsindən istefasının Ali Rada tərəfindən təsdiqləndiyini bildirib.

Onun sözlərinə görə, qərarın lehinə 255 deputatı səs verib.


Etiketlər:  Rada naziri istefaya göndərdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ