Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Sentyabr 2024 18:10
Qonşularımızın ərazi bütövlüyünə hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi tamamilə qəbuledilməzdir və bu, İran üçün qırmızı xətdir.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi "X" hesabında paylaşımında bildirib.
"Regional sülh, təhlükəsizlik və sabitlik sadəcə üstünlük deyil, milli təhlükəsizliyimizin sütunudur.
Qonşularımızın ərazi bütövlüyünə Şimaldan, Cənubdan, Şərqdən və ya Qərbdən hər hansı təhlükə və ya sərhədlərin dəyişdirilməsi İran üçün tamamilə qəbuledilməzdir və bu, qırmızı xətdir", - diplomat qeyd edib.