Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Sentyabr 2024 23:44
İsraillilər hakimiyyətdən 11 aydır Qəzza zolağında saxlanılan girovların tezliklə azad edilməsini və İsraildə erkən seçkilərin keçirilməsini tələb edərək, yenidən ölkə boyu kütləvi nümayişlərə başlayıblar.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, ən böyük etiraz aksiyası Təl-Əvivdə hökumət binasının ərazisində keçirilir.
Nümayişçilər əllərində İsrail bayraqları və girovların fotoşəkillərini tutaraq, İsrail hakimiyyətindən girovların azad edilməsi üçün Qəzza zolağında HƏMAS hərəkatı ilə dərhal razılığa gəlməyi tələb edirlər.