Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Sentyabr 2024 14:10
Hindistanın Uttar Pradeş ştatının Meerut bölgəsində güclü yağış nəticəsində 3 mərtəbəli bina çöküb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.
Faciədən sonra dağıntılar altında qalanlar üçün axtarış-xilasetmə işlərinə başlanılıb.
Hindistan səlahiyyətliləri binanın çökməsi nəticəsində 10 nəfərin həyatını itirdiyini, dağıntılar altından çıxarılan 5 nəfərə tibbi yardım göstərildiyini qeyd edib.