Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xankəndi ''meri''nin avtomobili müsadirə olundu

Xankəndi ''meri''nin avtomobili müsadirə olundu

Tarix: 16 Sentyabr 2024 18:08

Xankəndi şəhərinin işğalı zamanı onun meri olmuş Davit Sarkisyanın avtomobili müsadirə olunub. 

Sonxeber.net "Unikal"a istinadən xəbər verir ki, bu barədə "mer"in vəkili Roman Yeritsyan açıqlayıb. 

Onun sözlərinə görə, avtomobil Davit Sarkisyanın hazırda apardığı cinayət prosesi çərçivəsində müsadirə edilib, söhbət dələduzluq işindən gedir.

Qeyd edək ki, separatçı rejimin nüemayəndəsi xüsusilə külli miqdarda əmlak oğurluğu və saxtalaşdırma maddəsi ilə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü hissəsinin 3-cü bəndi və 457-ci maddəsinin 2-ci hissəsi ilə ittiham olunub.


Etiketlər:  Xankəndi merinin avtomobili müsadirə olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ