Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Konsert zamanı səhnədə əlbəyaxa dava etdilər -VİDEO

Konsert zamanı səhnədə əlbəyaxa dava etdilər -VİDEO

Tarix: 16 Sentyabr 2024 20:08

Amerikanın məşhur rok qrupu "Jane's Addiction"ın Bostondakı konserti gözlənilmədən solist Perri Farrelin səhnədə gitaraçı Deyv Navarroya hücumu ilə başa çatıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, tamaşaçıların çəkdiyi və internetdə yerləşdirilən video görüntülərdə Pharrell "Ocean Size" mahnısı zamanı gitaraçı Navarro ilə qəsdən toqquşaraq davaya başlayıb.

Qarşıdurma sürətlə böyüyüb. Qısa söz mübadiləsindən sonra şoka düşən Navarro vəziyyəti gərginləşdirməməyə və Farrelldən uzaqlaşmağa çalışsa da, qəzəblənən Farrell yumruq atmağa başlayıb. Onları ansamblın digər üzvləri ayırmağa çalışıblar.

Farrelin həyat yoldaşı Etti Lau-Farrell daha sonra "Instagram" səhifəsində dava ilə bağlı izahat verib. Lau-Farrell qrup üzvləri arasında gərginlik və düşmənçilik olduğunu etiraf edib.

O, Farrellin bir müddətdir ki, səsinin daha yüksək səsli alətlərin kölgəsində qaldığını hiss etdiyi üçün əsəbləşdiyini bildirib. Vəziyyətdən əsəbiləşən Farrelin "özünü itirdiyi" və səhnə arxasında göz yaşlarına boğulduğu bildirilir.

Milli.Az


Etiketlər:  Konsert zamanı səhnədə əlbəyaxa dava etdilər VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ