Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tokayev Şoltsla mətbuat konfransını ləğv etdi

Tokayev Şoltsla mətbuat konfransını ləğv etdi

Tarix: 17 Sentyabr 2024 06:28

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Almaniya kansleri Olaf Şolts arasında planlaşdırılan birgə mətbuat konfransı gözlənilmədən Qazaxıstan tərəfinin təşəbbüsü ilə ləğv edilib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın DPA agentliyi məlumat yayıb.

Buna baxmayaraq, kansler Tokayevlə görüşdən sonra jurnalistlərlə söhbətləşib.

Qazaxstanlı həmkarlarının belə bir addımını nə dərəcədə qonaqpərvər hesab etməsi ilə bağlı sualı cavablandıran kansler bütün dünyada jurnalistlər üçün yaxşı iş şəraitinin olmasını arzu etdiyini söyləyib.

Qeyd edək ki, Almaniya kansleri Qazaxıstanda səfərdədir.


Etiketlər:  Tokayev Şoltsla mətbuat konfransını ləğv etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ