Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Efirdə Sevda ilə dava edən Əməkdar artist studiyadan getdi - VİDEO

Efirdə Sevda ilə dava edən Əməkdar artist studiyadan getdi - VİDEO

Tarix: 19 Sentyabr 2024 12:05

Əməkdar artist Bəsti Bəkirova ilə müğənni Sevda Əliqızı arasında gərginlik yaşanıb.

Sonxeber.net olay-a istinadən bildirir ki, hadisə sənətçilər qonaq olduğu "Elgizlə izlə" verilişində yaşanıb.

Tərəflərin mübahisəsinə səbəb Bəkirovanın mərhum Xalq artisti İlhamə Quliyevanın Səməd Səmədovu sevdiyini deməsi və ona ərə getmək istəyindən danışması olub.

Əliqızı həmkarının bu söhbətin "əsli-astarını" üzə çıxarmasını düzgün hesab etmədiyini söyləyib:

"Mənə elə gəlir ki, ikisi də o dünyadadırlar. Onların olan söhbətlərini indi aşağılamaq düzgün deyil. Hamının həyatında istədiyi və istəməyəni olub. Bunu sonradan açıqlamağın nə mənası var? İndiki zamandan danışın. Hazırda həyat yoldaşının onu sevməsindən, necə yad etməsindən danışın. Mənə bu söhbətlər xoş gəlmir".

Bəsti isə Sevdanın bu sözlərindən əsəbiləşərək fikirlərini belə nəql edib:

"Sənə xoş gəlməyə bilər. Bu, faktdır. Sənə xoş gəlməyən şeyi camaat danışır. Demək ki, bu söhbət olub ki, xoş gəlmir. Niyə xoş gəlmir? Sən Səmədin arvadı, məşuqəsi deyilsən. Bunları olduğu kimi danışıram. Çünki məndə yalan yoxdur. Yanımda olan söhbətdir. Səmədi günahlandırmağa heç kimin ixtiyarı yoxdur. Burada istəyi olan İlhamə Quliyeva olub. Bu da təbii bir şeydir".

Tərəflərin arasında polemika Bəkirovanın dilə gətirdiyi "Mənim Səməd Səmədovla aramın dəyməsi pula görə oldu" sözlərindən sonra olub. 

Bəsti "Səmədlə Gəncədə gecə saat 04:00 kimi davam edən bir toy məclisində oxuduq. Danışdığımız məbləğdən qat-qat az mənə pul verdi. Mən isə ona dedim ki, biz belə razılaşmamışdıq. O da söylədi ki, mən yalnız bu qədər pul verə bilərəm və daha artıq vermək fikrində deyiləm. Vermirsən canın sağ olsun dedim. Bizim aramızda bu hadisədən sonra heç bir dava-dalaş olmadı. Bir dəfə də olsun ki, bu məsələ ilə bağlı bir fikir belə bildirmədim. Baxmayaraq ki, bununla bağlı mənə çox sayda jurnalistlər zəng vurub fikir almaq istəyirdilər. Bizim aramızda küsülülük olmayıb" fikirlərini ifadə edib.

Sevda isə "Amma mənim Səmədlə aramda heç zaman pul söhbəti olmayıb. Hər zaman məni qanə edib. Elə zamanlar olub ki, sifarişlər də olurdu. Oradan mənə yaxşı qonorar verirdi. Təkcə mənə deyil Bəsti xanıma da yaxşı qonorar verib. Bəsti xanım anlamalıdır ki, o toyarı danışam Səməd idi. Allah ona rəhmət eləsin. Səmədin özü ilə danışırdılar, toy sifarişləri onun özünə gəlirdi. Səməd özü əgər bu toyu danışıbsa sənə niyə artıq qonorar verməlidir ki... O onun özünə məxsusdur. Mən bu Gəncə toyundan xəbərim var. Bəstiyə Səməd nə qədər qonorar veribsə ondan da xəbərim var. Qanə olmamaq söhbəti düzgün deyil".

Bu söhbətə Əməkdar artist Qoxmaz Əlilicanzadə qoşulub.  Lakin Bəkirova onun danışdığı söhbətin ona heç bir adiyyatı olmadığını və mövzunun puldan getməsini vurğulayıb. 

Gərginliyin artdığını görən Bəsti Bəkirova studiyanı tərk edib. Proqramın aparıcısı Elgiz Əkbər müğənnini efirə qayıtmasını xahiş etsə də, qarşı tərəf onu dinləməyib. Lakin bir neçə dəqiqə keçdikdən sonra Bəsti efirə qayıdıb və o Sevda ilə mübahisəsini davam edib.


Etiketlər:  Efirdə Sevda ilə dava edən Əməkdar artist studiyadan getdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ