Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Sentyabr 2024 08:20
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubuna bir sıra irimiqyaslı zərbələr endirib.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti teleqramda məlumat yayıb.
Məlumata görə, iki saat ərzində "Hizbullah" hərəkatının 100-ə yaxın atıcı qurğusu və digər infrastruktur obyektləri hücuma məruz qalıb. Zərbələrin hədəfi olan raket buraxılış sistemlərində 1 000-ə yaxın mərmi olub və onlar İsrail ərazisinə atəş açmağa hazırlaşırmış.
Hərbi Hava Qüvvələrinin qırıcıları bu zərbələri Hərbi Kəşfiyyat İdarəsi və İsrail Müdafiə Qüvvələrinin Şimal Komandanlığı ilə koordinasiyalı şəkildə həyata keçirib.