Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Turində 10 min insan təxliyə edildi

Turində 10 min insan  təxliyə edildi

Tarix: 1 Dekabr 2019 16:28

Bakı. Trend:

İtaliyanın Turin şəhərində, bu səhər, İkinci Dünya Müharibəsindən qalan mərminı zərərləşdirməsi əməliyyatı səbəbi ilə 10 min sakin təxliyə olunub.

Trend-in məlumatəna görə, şəhər meriyasından verilən məlumata görə, mərmi tapılan yerin ətrafında iki təhlükəsizlik zonası yaradılıb: sakinləri yerli vaxtla səhər 9-da müvəqqəti boşaldılan 300 metr radiusunda qırmızı zona, və vətəndaşların evlərini tərk etməmələri və pəncərələ yaxınlaşmamaları tövsiyə edilən sarı zona. Ümumiyyətlə mərminin zərərləşdirilməsi ilə bağli əməliyyatdan 50 min Turin sakini narahat ediləcək.

Əməliyyat özü yerli vaxtla səhər 9-da başlayıb və 5-7 saata qədər davam ediləcəyi nəzərdə tutulur.

Şəhər sakinlərinin təxliyəsi ilə yanaşı, Turin hakimiyyəti şəhər üzərindəki hava məkanını bağlayıb və ictimai nəqliyyatın və qatarların hərəkətini məhdudlaşdırıb. Şəhərin mərkəzi vağzalı yalnız 16.30-da açılacağı bildirilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Turində insan təxliyə edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ