Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya səfirinin korteji minaya düşdü - Xəsarət alanlar var - YENİLƏNİB

Rusiya səfirinin korteji minaya düşdü - Xəsarət alanlar var - YENİLƏNİB

Tarix: 22 Sentyabr 2024 20:30

20:28

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin kortejinin ölkənin şimal-qərbində minaya düşməsi nəticəsində 1 polis əməkdaşı həlak olub.

APA-nın xəbərinə görə, bunu Pakistanın Svat dairəsinin polis idarəsinin zabiti Zahid Ulla Xan bildirib.

Mina partlayışı nəticəsində 4 polis əməkdaşı isə yaralanıb.

-------

19:05

Rusiyanın Pakistandakı səfiri Albert Xoryevin korteji bu ölkənin şimalında minaya düşüb.

Milli.Az APA-ya istinadən bildirir ki, Minqor şəhərindən hotelə gedərkən səfiri müşayiət edən polislərin olduğu avtomobil minaya düşüb.

Bir neçə polis əməkdaşı xəsarət alıb. Rusiyalı diplomatlar arasında xəsarət alan olmayıb.

Milli.Az


Etiketlər:  Rusiya səfirinin korteji minaya düşdü Xəsarət alanlar YENİLƏNİB


RƏYLƏR