Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2024 00:08
Hizbullah hərəkatının 3 nömrəli şəxsi hesab edilən Əli Karakinin Beyrutda öldürüldüyü barədə məlumat yayılıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Teleqram kanallarında məlumat yayılıb.
Məlumata görə, o, cənub cəbhəsinə və Hizbullahın İsrailə qarşı bütün döyüş əməliyyatlarına komandanlıq edib. Onun tabeliyində 3 öncül Hizbullah diviziyası (Bədr, Nasir və Əziz) olub.
Ə.Karakinin hansı şəraitdə öldürüldüyü barədə məlumat verilməsə də, Hizbullah hərəkatı məlumatı təkzib edərək onun sağ olduğunu bəyan edib.