Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2024 10:05
Aparıcı Zaur Kamal verilişdə müğənni Türkan Vəlizadəyə gəlinlik geyindirib.
Sonxeber.net olay-a istinadən bildirir ki, hadisə "Həmin Zaur" proqramında baş verib.
Yeni mövsümünün ilk buraxılışını oğlu Bartu ilə aparan Zaur studiyaya gəlinlik gətirib və Türkandan onu geyinməsini istəyib.
"Türkana bu gün maraqlı sürpriz edəcəyəm əzizi dostlar. O ömründə bunu etməyib amma bu gün bizim efirimizdə edəcək. Ən böyük arzusu odur ki, gəlinlik libasında evdən çıxsın", - deyə aparıcı vurğulayıb.
Türkan isə "Zaur onun düşər-düşməməzliyi var. Mən bu gəlinliyi geyinməyəcəyəm. Sonra deyirlər ki, ailə qur. Bunlardır mənim evimi-eşiyimi yıxan" sözlərini deyərək gəlinliyi geyinmək üçün studiyadan uzaqlaşıb.
Bir neçə dəqiqədən sonra studiyaya geri qayıdan Vəlizadə "Əslində çox gözəl hisslərdir. İndi gəlin köçənlərin və valideyinlərinin hansı hisslər keçirdiyini anlayıram. Allah hər kəsə nəsib etsin. Mənə bir neçə dəfə verilişlərdə gəlinlik geyinməyimi istəyiblər. Amma mən qəbul etməmişdim. Lakin sən mənim dostun olduğum üçü bu gəlinliyi geyinməyə razılaşdım".
Zaurun oğlu Bartu isə Türkanı gəlinlikdə görüb "Heyif ki, yaşım çatmır yoxsa sizinlə evlənərdim" fikirləri ilə həm atasını həm də müğənnin üzünü güldürüb.