Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2024 10:18
"Azərbaycan Hava Yolları" QSC (AZAL), eləcə də "Wizz Air" (Macarıstan) və "British Airways" şirkətləri İsrailin paytaxtı Təl-Əvivin Ben Qurion Beynəlxalq Hava Limanına uçuşları dayandırıb.
Sonxeber.net TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanal"ı məlumat yayıb.
Məlumata görə, bu günə planlaşdırılan uçuşlar İsraillə Livanın "Hizbullah" hərəkatı arasında münaqişənin kəskinləşməsi səbəbindən ləğv edilib. Uçuşların nə vaxt bərpa ediləcəyi dəqiqləşdirilməyib.