Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Neftçi''dən Emin Mahmudova şok təklif

''Neftçi''dən Emin Mahmudova şok təklif

Tarix: 24 Sentyabr 2024 11:34

2017-ci ildən "Neftçi"nin formasını geyinən Emin Mahmudovun buranı tərk etmək ehtimalı güclənib.

Sonxeber.net sportinfo.az-a istinadla bildirir ki, yaxınlarda kapitan sarğısı əlindən alınan yarımmüdafiəçi Roman Qriqorçukun qərarından narazı qalıb.

O, bazubəndin qolundan açılmasına etirazını bir formada baş məşqçinin diqqətinə çatdırıb.

Bundan xəbər tutan rəsmilər ona öz təklifini verib - əgər bu, xoşuna gəlmədisə, oturub danışaq və müqaviləni pozaq.

Emin Premyer Liqanın son turunda meydana çıxmaq imkanı əldə etməyib. "Qarabağ"la derbini (0:4) sonadək ehtiyat skamyadan izləyib.


Etiketlər:  Neftçidən Emin Mahmudova şok təklif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ