Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının finalı ''San Siro''da keçirilməyəcək

Çempionlar Liqasının finalı ''San Siro''da keçirilməyəcək

Tarix: 25 Sentyabr 2024 08:22

UEFA 2026/2027-ci il mövsümünün Çempionlar Liqasının finalını Milandakı "San Siro" stadionundan keçirməkdən imtina edib.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat verib.

"Milan Bələdiyyəsi şəhərdəki yenidənqurma işlərinin "San Siro" stadionuna və onun ətrafına təsir etməyəcəyinə zəmanət verə bilmədiyi üçün 2026/2027 Çempionlar Liqasının finalı üçün tender prosesinin yenidən açılması qərarı bu gün qəbul edilib.

Yeni stadionla bağlı qərarın 2025-ci ilin may-iyun aylarında veriləcəyi gözlənilir", - məlumatda qeyd olunub.


Etiketlər:  Çempionlar Liqasının finalı Siroda keçirilməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ