Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Sentyabr 2024 13:15
Müğənni Nadir Qafarzadə Xalq artisti Faiq Ağayevin "Xəzər axşamı" verilişində söylədiyi "Toy mərasimində Nadir hörmətindən və sevgisindən mənə çayı belə gətirirdi" fikirlərə sərt şəkildə münasibət bildirib.
Sonxeber.net olay-a istinadən bildirir ki, bununla bağlı sənətçi qonaq olduğu "Rəngarəng" verilişində danışıb.
Qafarzadə bildirib ki, Ağayevin bu sözləri ona pis təsir edib:
"O söhbətdə çay söhbətinin yeri yox idi. Bu söhbətə görə özümə iki gün gələ bilmədim. Axı o verilişdə ümumiyyətlə söhbət çaydan getmirdi. Mövzu belə başqa idi. Deyir ki, Nadir mənə gənc vaxtlarında çay verib. Əslində, Faiqlə mən eyni yaşdayıq. Gənc necə olur? Lap sənə çay vermişəm, onu vurğulamaq olmaz. Lazım olsa, mən yenə də ona çay verərəm. Allah ona qismət eləməsin ki, mən ona çay verim. Yəni özü özünə çay süzə bilsin. Lazım olsa hamıya çay verərəm burada ayıb bir şey yoxdur. Faiq mənim bu sözü ilə çox xətrimə dəydi. İki gündür ki, yata bilmirəm. Gecə yuxudan ayılıb yenidən onu görürdüm. Çay vermək əksiklik deyil. Amma onu vurğulamaq və qulağa "soxmaq" olmaz. Mən dünən müsabiqələrdən çıxan uşaq deyiləm. Mən artıq qayınatayam, el və xalq arasında bir nüfuzum, hörmətim var. Mən hörmətli ailələrin, kişilərin məclislərinə gedirəm. Məni bu sözlərlə cılızlaşdırmaq olmaz. Təkcə Faiqə yox, hamıya deyirəm, danışanda ehtiyatla danışın. Bu gün çox sakitəm. Sadəcə dedim ki, hamı eşitsin. Siz hörmətlə başqa yaltaqlığı səhv salmayın. Mən yaltaq olsaydım... Özümü ömrüboyu tanıyan oğlan olmuşam. Yaltaq olmadığıma görə də yerimdə addımlayıram. Məni heç kimlə səhv salmayın. Bu söhbətlər təkcə Faiqə aid deyil. Allah can sağlığı versin. Oktyabr ayının 5-də böyük bir məclisdə ikimiz də iştirak edəcəyik. Orada böyük məmnuniyyətlə Faiq Ağayevi təqdim edəcəyəm. Amma bilsin ki, o xətrimə dəyib. Amma kin yoxdur. Çünki həyat davam edir".