Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğanın Paşinyana verdiyi kitabda nələr yazılıb? – İlginc detal

Ərdoğanın Paşinyana verdiyi kitabda nələr yazılıb? – İlginc detal

Tarix: 25 Sentyabr 2024 19:48

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 77-ci sammiti çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla bir araya gəlib. Görüş zamanı Türkiyə prezidentinin Paşinyana hədiyyəsi xüsusi diqqət çəkib.

Belə ki, Ərdoğan baş nazirə özünün müəllifi olduğu "Daha ədalətli dünya mümkündür" adlı kitabı təqdim edib. Türkiyə prezidentinin Paşinyana hədiyyəsi müxtəlif istiqamətlərdə dəyərləndirilir.

Sonxeber.net xəbər verir ki, globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, sözügedən kitabın təqdimatı, şübhəsiz, subliminal mesajdır:

"Birincisi, o bununla Paşinyana öz fikirlərini, düşüncəsini çatdırır. Yəni Türkiyə prezidenti, "bu kitabda mənim fikirlərim, kimliyim var və bunu yaxşı başa düşməlisən", - deməyə çalışır. Məlum olduğu kimi, həm də Ərdoğanın tez-tez işlətdiyi bəzi ifadələr var. O bununla nə demək istədiyini həmin kitabda aydın şəkildə təsvir edib.

İkincisi, Ermənistan-Türkiyə münasibətləri normallaşır, hazırkı proses çərçivəsində belə bir hədiyyənin verilməsi xüsusi diqqət çəkir. Kitab həm də məhz bu məsələni ehtiva edir. Məsələni pis tələbənin yaxşı müəllimin kitabını əldə edib, ibrət çıxarması kimi dəyərləndirmək olar. Türkiyə prezidenti erməni həmkarına qaydaları bu kitabla çatdırır. İrəvan regionda necə davranmalı olduğunu artıq başa düşməlidir".

Siyasi şərhçi Asif Nərimanlı isə bildirib ki, Ərdoğanın kitabını görüşdüyü liderlərə bağışlaması ənənəsi var:

"Hərçənd burada digər məqsəd erməni baş nazirin əliboş qayıtmaması da ola bilərdi. Çünki Paşinyan Ərdoğandan "ilkin şərt" olmadan (Azərbaycan olmadan) münasibətlərə təkan verməyi istəsə də, Ankara Bakı şərtini təkrarlayıb.

Ərdoğan BMT tribunasındakı çıxışında da bəyan edib ki, Bakı və İrəvan arasında münasibətlərin normallaşması Türkiyə ilə Ermənistan arasındakı əlaqələrə də təsir edəcək. Bunun məhz BMT tribunasından elan edilməsi Ankaranı Bakının maraqlarını nəzərə almadan İrəvanla danışıqlara getməyə məcbur etmək istəyən qüvvələrə də açıq mesajdır.


Etiketlər:  Ərdoğanın Paşinyana verdiyi kitabda nələr yazılıb İlginc detal


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ