Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-də silahlı kişi ''Sürət'' kult filminin ssenarisini təkrarladı - FOTOlar

ABŞ-də silahlı kişi ''Sürət'' kult filminin ssenarisini təkrarladı - FOTOlar

Tarix: 25 Sentyabr 2024 21:26

Los-Ancelesdə (ABŞ) silahlı bir kişi polis təqibi zamanı avtobus sərnişinlərini girov götürüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisənin təfərrüatını "Telegraph" nəşri açıqlayıb.

Bununla bağlı yayılan kadrlarda avtobusun şəhərdə yüksək sürətlə hərəkət etdiyi görünür. Məlumata görə, polislərin onu saxlamaq üçün heç bir cəhdi uğurlu olmayıb. Nəhayət, zirehli bir maşın avtobusun yolunu kəsib və bununla ictimai nəqliyyatı saxlamaq mümkün olub.

Bundan sonra polis sərnişinləri girov saxlayan silahlı kişi ilə atışmaya girib.

"BNO News"un məlumatına görə, avtobus sürücüsü hadisə yerindən qaçmağa müvəffəq olub.

Nəşr digər təfərrüatı açıqlamayıb.

Yeri gəlmişkən sosial şəbəkədən hadisənin görüntülərini izləyən istifadəçilər baş verənlərin 1994-cü il ABŞ filmi olan "Sürət"lə ("Speed") müqayisəsini aparıblar. Sözügedən filmdə də avtobusun sərnişinləri terrorçu tərəfindən girov götürülür, sonra isə sürücüsü ictimai nəqliyyatı şəhərdə yüksək sürətlə sürmək məcburiyyətində qalır.

Milli.Az


Etiketlər:  ABŞ silahlı kişi Sürət kult filminin ssenarisini təkrarladı FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ