Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Netanyahunun tələsinə düşməyəcəyik - Zərif

Netanyahunun tələsinə düşməyəcəyik - Zərif

Tarix: 25 Sentyabr 2024 22:32

İsmayıl Haniyənin Tehranda öldürülməsindən sonra İran dözümlülük göstərib, ancaq istənilən vaxt süverenliyinin pozulmasına görə İsrailə cavab vermək hüququnu özündə saxlayır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri Məsud Pezeşkianın strateji məsələlər üzrə müavini Məhəmməd Cavad Zərif deyib.

"Biz bölgədə müharibə və gərginliyin artmasının tərəfdarı deyilik və Netanyahunun bizi müharibəyə cəlb etmək üçün qurduğu tələyə düşməyəcəyik", - o bildirib.

Zərif iddia edib ki, Haniyənin Tehranda öldürülməsindən sonra beynəlxalq ictimaiyyət Qəzzada atəşkəsin baş tutması üçün İrandan təmkinli olmağı istəyib.

Milli.Az


Etiketlər:  Netanyahunun tələsinə düşməyəcəyik Zərif


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ