Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BBC-dən Avropa klublarına xəbərdarlıq: ''Qarabağ''ın bu futbolçusu diqqət mərkəzində olacaq''

BBC-dən Avropa klublarına xəbərdarlıq: ''Qarabağ''ın bu futbolçusu diqqət mərkəzində olacaq''

Tarix: 26 Sentyabr 2024 19:46

BBC Avropa Liqasının Liqa mərhələsində performansı ilə fərqlənən futbolçuları müəyyən edib.

Sonxeber.net Offsideplus.az-a istinadən bildirir ki, siyahıdakı 12 futbolçu arasında "Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyo da yer alıb: 

"Ötən mövsüm 31, o cümlədən Avropa Liqasında 5 qol vuran braziliyalı hücumçu "Qarabağ"ın heyətində diqqət mərkəzində olacaq. O, Çempionlar Liqasının seçmə mərhələsində 6 qol vuraraq bu mövsümə effektiv başlayıb".

Nüfuzlu Britaniya nəşri Juninyodan başqa, Niko Uilyams ("Atletik", İspaniya), Jordan Henderson ("Ayaks", Niderland), Martin Zubimende ("Real Sosyedad", İspaniya), Aleksandr Lakazett ("Lion", Fransa), Edin Dzeko ("Fənərbaxça"), Çiro İmmobilenin ("Beşiktaş") də adını qeyd edib.


Etiketlər:  dən Avropa klublarına xəbərdarlıq Qarabağın futbolçusu diqqət mərkəzində olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ