Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Sentyabr 2024 23:24
Türkiyənin BRİKS və ya ASEAN-a qoşulması onun NATO-dan çıxması demək deyil və regionlarda balansı dəyişə bilər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında iştirak etdiyi Nyu-York səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.
"Düşünürəm ki, BRİKS və ASEAN-da mövcudluğumuz regionumuzun arifmetikasını dəyişəcək. Bu, tamamən fərqli struktur yaradacaq", - deyə Ərdoğan bildirib.