Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kiyevdən Tiflisə kəskin etiraz: Bu müqayisədən çəkin!

Kiyevdən Tiflisə kəskin etiraz: Bu müqayisədən çəkin!

Tarix: 27 Sentyabr 2024 00:20

Rusiyanın Ukraynaya qarşı apardığı amansız müharibənin nəticələrini, minlərlə günahsız insanın əzab-əziyyətini, kilsələrin və bəşəriyyətin mədəni irsinin məhv edilməsini əks etdirən görüntülərin siyasi reklamlarda istifadəsini pisləyirik.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin Gürcüstanın Gürcü Arzusu Partiyasının seçki kampaniyasında Ukrayna müharibəsini əks etdirən bannerlərdən istifadə etməsi ilə bağlı yaydığı bəyanatda bildirilib.

"Biz Gürcüstan hökumətini, hakim partiyanı və bütün maraqlı tərəfləri Gürcüstanın daxili siyasi mübarizəsində Ukraynaya və onun vətəndaşlarına qarşı təcavüzkar müharibə mövzusundan istifadə etməkdən çəkinməyə çağırırıq", - bəyanatda qeyd edilib.

Qeyd edək ki, hakim "Gürcü Arzusu" partiyası oktyabrda keçiriləcək parlament seçkiləri ilə əlaqədar küçələrdə "Müharibəyə yox! Sülhü seçin !" şüarlı bannerlər yerləşdirib.


Etiketlər:  Kiyevdən Tiflisə kəskin etiraz müqayisədən çəkin


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ