Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Sentyabr 2024 19:50
Türkiyəli aktrisa Birce Akalay ailə quracağı ilə bağlı iddialara cavab verib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktrisa özündən 4 yaş kiçik həmkarı Hakan Kurtaşın Parisdə ona evlilik təklif etməsi ilə bağlı yayılan məlumatları yalanlayıb:
"Təklif yoxdur. Hazırda bir-birimizi sevməyin keyfini yaşayırıq",
Qeyd edək ki, Birce son olaraq "Bir derdim var", Hakan isə "Baba" serialında rol alıb.