Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məktəbli avtobusunda partlayış - 20-dən çox ölü

Məktəbli avtobusunda partlayış - 20-dən çox ölü

Tarix: 1 Oktyabr 2024 16:44

Taylandda məktəbliləri daşıyan avtobusda partlayış baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 20-dən çox uşaq həlak olub. 

Bildirilir ki, hadisə Banqkok yaxınlığında qeydə alınıb. Məktəb avtobusu şagirdləri ekskursiyadan geri qaytararkən partlayıb. Nəticədə avtobusda yanğın baş verib. 

Ümumilikdə avtobusda 38 şagird və 6 müəllim olmaqla 44 nəfərin olduğu qeyd olunub. İlkin məlumata görə, şagirdlərin hamısı üçüncü sinifdə oxuyan məktəblilər olub. 

Ölkənin nəqliyyat naziri Surya Cunqrunqreanqkit yanğın zamanı həlak olanların dəqiq sayının hələ məlum olmadığını deyib. Xilas edilənlərin əksəriyyəti ciddi yanıq xəsarətləri alıb.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır. 

Milli.Az


Etiketlər:  Məktəbli avtobusunda partlayış dən çox ölü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ