Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya ordusu Ukraynanın Uqledar şəhərini nəzarətə götürüb

Rusiya ordusu Ukraynanın Uqledar şəhərini nəzarətə götürüb

Tarix: 3 Oktyabr 2024 21:44

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Uqledar şəhərini nəzarətə götürüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Vostok" qoşun qruplaşmasının bölmələrinin qətiyyətli fəaliyyəti nəticəsində Donetskin Uqledar şəhəri ələ keçirilib.

Qeyd edək ki, Uqledar Ukrayna Silahlı Qüvvələrinin Yujnodonetsk istiqamətində sonuncu əsas dayaq məntəqəsi idi.
Bu məntəqənin itirilməsi nəticəsində Rusiya qoşunları Zaporojye vilayəti ilə sərhəddə yerləşən Velikaya Novoselka
və Ukrayna qoşunlarının güclü müdafiə xətləri ilə təchiz etdiyi Kuraxovo istiqamətində irəliləyə biləcəklər.

Bundan əlavə, Uqledarın ələ keçirilməsi Donetsk-Mariupol avtomobil yolununun təhlükəsizliyini tam təmin edib və Volnovaxanı zərbə hədəfindən uzaqlaşdırıb.

Milli.Az


Etiketlər:  Rusiya ordusu Ukraynanın Uqledar şəhərini nəzarətə götürüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ